EN

Bu rayonlara leysan yağıb

Bu gün saat 09:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.

Gundem.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  

Düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi-Zəngəzurda 11 mm, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında 2 mm-dək təşkil edib.

Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 15, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Chosen
25
37
gundem.az

10Sources