EN

Robert Dauni və həyat yoldaşı yeni filmin prodüserləri olacaq

Aktyor, ssenarist, prodüser və müğənni, kino cameəsində kiçik Robert Dauni kimi tanınan Hollivud ulduzu Robert Dauni Jr. yenidən gündəmə gəlib. Tanınmış aktyor “Universal” kino şirkətinin sirli trillerinə rəhbərlik edəcək.

Azpost.info bildirir ki, xəbəri “Deadline” nəşri yayıb.

Oskar mükafatı laureatı Robert Dauni Jr. “Universal Pictures” ilə birgə yeni filmin layihəsi kimi nəzərdə tutulan “Mühasirə” aksiyon-trilleri üçün yenidən əməkdaşlıq edəcəklər.

Bu böyük hekayənin təfərrüatları məlum deyil. Lakin məlum olduğu kimi süjetlərin mənbəyi bir kitabdan götürülüb. Belə ki, “Mühasirə” əsərinin müəllifi qadın yazar Julianna Beqqottidir və ehtimallara görə bu ekran əsəri də orijinalda olduğu kimi yazıçının eyniadlı hekayəsinin süjetlərinin əsasında çəkiləcək.

Robert Dauninin, həmçinin həyat yoldaşı Syuzanın bu yeni filmdə prodüserlər kimi fəaliyyət göstərəcəkləri məlum olub. Yeni filmin ssenarisini Endryu Barrer, Qabriel Ferrari işləyəcək. Bu filmin rejissorunun adı və çıxış tarixi isə açıqlanmır.

2024-cü ilin yay fəslində isə məlum olub ki, Robert Dauni Jr. rəsmi olaraq özünün köhnə və sevimli obrazı məhşur Marvelin kainatına qayıdacaq. Bu dəfə o yaratdığı “Dəmir Adam” rolunun əvəzinə başqa bir filmdə, yəni “Qisasçılar”-ın beşinci, altıncı hissələrində yaramaz və pis adam doktor Dumun obrazını canlandıracaq.

Yeni yayılmış məlumatlara görə Hollivud ulduzu olan bu aktyor həmçinin məhşur rejissor Alfred Hiçkokun “Başgicəllənmə” filminin remeykində rol almağa hazırlaşır.

Oqtay Qorçu

Chosen
54
azpost.info

1Sources