Dünyada toyuq əti istehsalının bu il rekord səviyyəyə - 104,1 milyon tona çatacağı proqnozlaşdırılır.
İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il ərzində qlobal toyuq əti istehsalı 103,5 milyon ton təşkil edib.
Araşdırmalara görə, bu göstərici 2012-ci ildən bəri ən yüksək səviyyədir:
İllər | Toyuq əti istehsalı |
2012 | 83,2 milyon ton |
2013 | 84,3 milyon ton |
2014 | 86,7 milyon ton |
2015 | 91,3 milyon ton |
2016 | 92,2 milyon ton |
2017 | 93,6 milyon ton |
2018 | 92,6 milyon ton |
2019 | 97,3 milyon ton |
2020 | 99,6 milyon ton |
2021 | 101,2 milyon ton |
2022 | 101,8 milyon ton |
2023 | 103,5 milyon ton |
2024 | 104,1 milyon ton |
2023-cü ildə dünyada ən çox toyuq əti istehsal edən ölkə ABŞ olub. Belə ki, ötən il ABŞ-də təxminən 21 milyon ton toyuq əti istehsal edilib.
Məlumata görə, bu il Yaponiya, Meksika və Böyük Britaniyanın isə toyuq əti idxalında lider olacağı gözlənilir.
Xatırladaq ki, dünya üzrə toyuqların sayı 1990-cı ildən bəri iki dəfədən çox artıb. 2000-ci ildə təxminən 13,9 milyard olan toyuqların sayı 2022-ci ildə 26,56 milyarda yüksəlib. Beləliklə, 2022-ci ildə dünyada toyuqların sayı rekord səviyyəyə çatıb.
Gözəl Həşimova