EN

Rusiyada heyvanların sirkdə çıxış etməsi qadağan ediləcək

Image

Rusiya Dövlət Duması noyabr ayında heyvanların sirk çıxışlarının qadağan edilməsini təklif edən qanun layihəsini nəzərdən keçirəcək. Bu barədə parlamentin aşağı palatasının ekologiya komitəsinin birinci sədr müavini Vladimir Burmatov “RİA Novosti”yə deyib.

“Hesab edirik ki, problem düzgün qaldırılıb, lakin onu başqa cür həll etmək lazımdır, yəni onu ardıcıl şəkildə həll etmək, sirklərə qarşı tələbləri artırmaqla heyvanların saxlanma şəraitinə dair tələblərin daim artırılması lazımdır”, – Burmatov söyləyib. Deputat qeyd edib ki, belə bir qanun layihəsinin qəbulu ciddi nəticələrə səbəb ola bilər.

Mətləb





Chosen
5
1
baki-xeber.com

2Sources