EN

Ronaldonun komandası da cəzalanacaq?

“Əl-Nəssr”in Asiya Çempionlar Liqasında “İstiqlal” ilə oyununun yeri dəyişdiriləcək. Bu haqda İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəssr” (Səudiyyə Ərəbistanı) rəhbərliyi Yaxın Şərqdəki münaqişəyə görə İranın paytaxtı Tehrana getməkdən imtina edib. Matçın oktyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi gözlənilir.

Xatırldaq ki, bundan əvvəl “Mohan Baqan” “Traktor”la Təbrizdə keçirilməli olan səfər matçına getməmişdi. Buna görə Hindistan klubu Çempionlar Liqasından kənarlaşdırılmışdı.

Chosen
104
football-plus.az

1Sources