EN

İsrail ordusunun Livanın qərbinə vurduğu hava zərbələrindən ölən və yaralanan oldu

 

  Oktyabrın 12-də İsrail ordusunun Livanın qərbinə vurduğu hava zərbələri nəticəsində 13 adam ölüb, 29 nəfər yaralanıb.

  Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun ölkənin qərbindəki Cəbəli Livan vilayətinin Barca qəsəbəsinə etdiyi hücumda 4 nəfərin öldüyü, 14-ünün yaralandığı bildirilib. Açıqlamada İsrailin eyni vilayətin Kisirvan rayonunun Muaysira qəsəbəsindəki bir evə hücumu zamanı isə 9 adamın öldüyü, 15 nəfərin yaralandığı yazılır.

  İsrail ordusunun Livanın Sarbin qəsəbəsində etdiyi hava hücumunda da Livan Qızıl Xaç Cəmiyyətinin ilk yardım qrupundan 4 nəfər yaralanıb.

  Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu 13 oktyabr səhəri Sarbin qəsəbəsindəki bir evə hava hücumu edib. Bombardmandan sonra sözügedən evin yerləşdiyi əraziyə çatmağa çalışan iki Qırmızı Xaç maşını İsrail döyüş təyyarələrinin ikinci hücumunda hədəfə alınıb. Maşınlardakı ilk yardım qruplarından 4 nəfər müxtəlif şəkildə xəsarət alıb. Yaralılar bölgədəki Tebnin xəstəxanasına aparılıb.



Chosen
48
36
trt.net.tr

10Sources