EN

Hacıqabulu su basdı – RƏSMİ

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

KONKRET.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

Chosen
39
15
konkret.az

10Sources