EN

ABŞ Prezidentinin müşaviri: "COP29-a rəhbərlik Azərbaycanın üzərinə insan haqlarına hörmət öhdəliyi qoyur"

ABŞ Prezidentinin müşaviri John Podesta Prezident İlham Əliyevlə “təkbətək görüşündə” Azərbaycanda insan haqları məsələsini müzakirə edib. Bakıda rəsmi səfərdə olan Pedesta bunu cümə günü jurnalistlərlə görüşündə deyib.

ABŞ Prezidentinin İqlim məsələləri üzrə baş müşaviri John Podesta deyib ki, COP tədbirinə rəhbərlik etmək həmin ölkələrin, o cümlədən də Azərbaycanın üzərinə ölkədə insan haqlarına, dialoqa və mətbuat azadlığına hörmət etmə öhdəliyi qoyur.

“Gözləntimiz odur ki, COP29-a rəhbərlik Azərbaycana bu öhdəlikləri yerinə yetirmə fürsəti vermiş olacaq. Tövsiyəmiz odur ki, COP29 tədbirində bütün dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycan bu cür sualları necə cavablandıracaq, bu barədə düşünülməlidir,”- ABŞ Prezidentinin baş müşaviri BBC Azərbaycanca müxbirinə deyib.

John Podesta İlham Əliyevlə bu həftə görüşüb. Onun Bakıya səfəri Azərbaycanda bir qrup deputatın ABŞ-la münasibətlərin yenidən gözdən keçirilməsi üçün Xarici İşlər Nazirliyinə təkliflər göndərdiyi, USAİD-in bağlanmasına çağırış etdiyi, İlham Əliyevin ABŞ-a yönəlik tənqidlər səsləndirdiyi bir vaxtda baş verir.

John Podesta-nın sözlərinə görə, onlar eyni addımları COP28 vaxtı Birləşmiş Ərəb Əmirliklərinin də diqqətinə çatdırıblar və qarşı tərəf də bu istiqamətdə “çox gözəl işlər görüb”.

“Bu standartları yaratmaq artıq Bakıdan asılıdır. Düşünürəm ki, hansı tənqidin ədalətli, hansı tənqidin ədalətsiz olması barədə İlham Əliyevin öz görüşü var. Təkbətək müzakirələrimizdə, o, bunları dilə gətirdi və mən də öz gözləntilərimizi onun diqqətinə çatdırdım. Hesab edirəm, biz bir-birimizi başa düşdük,”- o bildirib.

İlham

Şəklin mənbəyi, PRESIDENT.AZ

Chosen
55
bbc.com

1Sources