EN

Tramp İrandan gələn təhlükədən ehtiyat edərək hərbi yardım istəyib

Donald Trump hərbi yardım tələb edib, İrandan gələn təhdidlərdən ehtiyatlanır.

Prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı sabiq Ağ Ev rəhbərinin təhlükəsizliyini təmin etmək üçün ABŞ hakimiyyətinə hərbi aviasiya və nəqliyyat vasitələri ilə bağlı müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən yazıb. 

Qəzetin məlumatına görə, Trampın qərargahı bunu İrandan gələn təhdidlə əsaslandırıb və onun həyatına sui-qəsd planlaşdırıldığını bəyan edib.

Keçmiş prezidentin komandası hərbi təyyarələrin seçki kampaniyasının son həftələrində Trampın səfərləri üçün istifadəsini, həmçinin onun rezidensiyası və mitinqləri üzərində uçuş məhdudiyyətlərinin genişləndirilməsini istəyib.

Həmçinin prezidentliyə namizədin daşınması üçün bir sıra hərbi nəqliyyat vasitələri də tələb olunub.

Chosen
81
4
iqtisadiyyat.az

7Sources