Türkiyənin Bartın bölgəsinin Amasra rayonu sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Türkiyə vaxtı ilə saat 10:16-da, 9.33 kilometr dərinlikdə baş verib.
Digər tərəfdən, Avropa Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 5,2 olaraq təyin edib.