EN

Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb...

Poliqon APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Poliqon.info 

Chosen
49
10
poliqon.info

10Sources