EN

Mərdəkanda avtobus piyadanı vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, sərnişin avtobusu 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızı yol kənarında olarkən onu vurub.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Chosen
47
10
avtosfer.az

10Sources