EN

Bakıda avtobus piyadanı vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

 

Belə ki, sərnişin avtobusu 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızı yol kənarında olarkən onu vurub.

 

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Chosen
44
12
modern.az

10Sources