EN

Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son zamanlar Türkiyədə ekranın ən məşhur simalarından biri və Hakan Sabancı ilə yaşadığı eşqə görə dillərə düşən Hande Erçeldən pərəstişkarlarını sevindirəcək xəbər gəlib.
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, "Bam Başka Biri" serialında baş rolu Burak Dənizlə paylaşan aktrisa uzun müddətdir ki, ekranlardan uzaq düşüb. "Instagram"dan aktiv istifadə edən ulduz bir müddət əvvəl kameralara tuş gəlib.
Yayılan məlumata görə, Hande Erçel yeni layihənin müjdəsini verib.
"Çox yaxında yaxşı xəbər verəcəyəm. Dəqiqləşsin, danışarıq", - deyə aktrisa bildirib.
Chosen
25
1
oxu.az

10Sources