EN

Lavrov Rusiyanın müharibəni bitirmək müqabilində tələbini açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya Ukraynada müharibəni bitirməyə hazırdır, əvəzində ölkəyə tətbiq edilən bütün sanksiyaların ləğv edilməsini istəyir".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov "Newsweek"ə müsahibəsində bildirib.
O, həmçinin, Rusiya Prezidenti Vladimir Putinin Kiyevə digər tələblərini - xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tam çıxarılması və bu regionların Rusiyaya məxsus olduğunun tanınmasını - xatırladıb.
Bundan əlavə, Putin Ukraynanın bloksuz və nüvəsiz statusunun təsbit edilməsini, habelə ölkənin demilitarizasiyası və denasifikasiyasını tələb edirdi.
"Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı müdaxilə ilə cavab verdi. Onun himayədarları - ABŞ və digər NATO ölkələri - Rusiyaya strateji məğlubiyyət yetirmək istəyirlər. Bu şəraitdə Ukrayna tərəfindən təhdidlər aradan qaldırılana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa seçimimiz yoxdur", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə öz xalqını və həyati təhlükəsizlik maraqlarını müdafiə etməkdir.
Bununla yanaşı, o, Moskvanın hər dəfə hamını qane edən razılaşma imzalayanda Kiyevin və "onun ağalarının" geri çəkildiyini vurğulayıb. O, nümunə olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş Minsk sazişlərini, habelə 2022-ci ilin mart ayının sonunda İstanbulda paraflanmış sülh müqaviləsini göstərib.
"Sülhün bərpası rəqibimizin planlarına daxil deyil. (Ukrayna Prezidenti Volodimir) Zelenski Moskva ilə danışıqların qadağan edilməsi haqqında fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO-dakı müttəfiqləri müharibənin davam etməsi üçün Kiyevə siyasi, hərbi və maliyyə dəstəyi göstərirlər", - deyə Lavrov bildirib. O xatırladıb ki, Ukrayna SQ-nin Qərb uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verilməsi müzakirə olunur.
"Bu şəkildə odla oynamaq təhlükəli nəticələrə gətirib çıxara bilər. Putinin dediyi kimi, biz Qərb tərəfindən təhdidləri necə başa düşməyimizdən asılı olaraq, adekvat qərarlar qəbul edəcəyik. Nəticə çıxarmaq sizə qalır", - deyə Rusiya xarici işlər naziri yekunlaşdırıb.
Chosen
23
2
oxu.az

10Sources