1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İran İsrailin mümkün hücumuna qarşı müharibəyə hazırlaşır.
Oxu.Az İSNA-ya istinadən xəbər verir ki, İran Ordusunun baş komandanı Əbdürrəhim Musəvi bazar ertəsi verdiyi açıqlamada İsrailin hücum halında daha güclü və daha dağıdıcı cavab alacağını bildirib.
SEPAH komandanı Hüseyn Səlami də Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin "Qələbə" medalı alması münasibəti ilə müraciətində yazıb: "Lazımi hazırlıqların zirvəsində düşmənin istənilən bədxahlığına güc, möhkəmlik və qətiyyətlə qalib gələcəyik".