EN

Dünya bu qadından danışır: 48 ildən sonra ərizəsinə cavab aldı

İngiltərədə Tizi Hodson adlı qadın 48 ildən sonra iş ərizəsinə cavab alıb.

Publika.az xəbər verir ki, İngiltərənin Linkolnşir bölgəsində yaşayan 70 yaşlı Tizi Hodson 1976-cı ilin yanvarında məktubla motosikletçi işləmək üçün müraciət etsə də, göndərdiyi məktuba heç bir cavab almayıb.

İllər sonra ona göndərilən məktubda məlum olub ki, Hodsonun ərizə məktubu bütün bu illər ərzində poçt şöbəsində rəfin arxasında qalıb.

Xoşbəxtlikdən bu uğursuzluq onun karyerasına mane olmayıb və o, başqa işə qəbul olaraq dünyanı gəzib. İş müraciətinin 48 ildən sonra özünə geri göndərilməsini möcüzə adlandıran Hodson "Hər zaman bu işdən niyə xəbər olmadığı haqda düşünürdüm. İndi bilirəm" deyib.

Chosen
24
publika.az

1Sources