EN

Dünya 48 ildən sonra iş ərizəsinə cavab alan qadından danışır

İngiltərənin Linkolnşir bölgəsində yaşayan 70 yaşlı Tizi Hodson 1976-cı ilin yanvarında məktubla motosiklet akrobatı işləmək üçün müraciət etsə də, göndərdiyi məktuba heç bir cavab ala bilməyib   Manset.az xarici mediaya istinadla xəbər verir ki, xoşbəxtlikdən bu uğursuzluq Hodsonun cəsarətli karyerasına mane olmadı və o, başqa işə qəbul olundu, dünyanı gəzdi. İş müraciətinin 48 ildən sonra özünə geri göndərilməsinin "möcüzə" olduğunu deyən Hodson, "Hər zaman bu işdən niyə xəbər olmadığını düşünürdüm. İndi bilirəm" dedi. Göndərilən məktubun yuxarı hissəsində əl yazısı ilə aşağıdakılar yazılır: "Steyn poçt şöbəsindən gec göndərildi. Çekmecenin arxasında tapıldı. Cəmi 50 il gec." Məlum olub ki, Tizi Hodsonun ərizə məktubu bütün bu illər ərzində poçt şöbəsində çekmecenin arxasında qalıb və məktub 48 ildən sonra ona çatıb. Hodson məktubu kimin geri göndərdiyini və onu necə tapdıqlarını heç vaxt başa düşmədi: “50 dəfə ev, hətta 4-5 dəfə ölkəni dəyişsəm də, məni necə tapdıqlarını bilmirəm, bu sirrdir. Bu məktubu Londondakı mənzilimdə yazdığımı dəqiq xatırlayıram. Hər gün cavab gözlədim, amma heç nə olmadı. Bu, məni çox kədərləndirdi, çünki həqiqətən motosiklet akrobatı olmaq istəyirdim".

Müraciətinə cavab gəlməsə də, Hodson başqa işlərə müraciət etməyə davam edib. Afrikaya səyahət etdi, ilan əhli və at yetişdiricisi kimi çalışdı, akrobatik təyyarələrdə uçmağı öyrəndi və uçuş təlimatçısı oldu. Ona göndərilən məktuba diqqətlə baxan Hodson deyir: “Çox diqqətli idim ki, akrobat axtarıram elanı yerləşdirənlər qadın olduğumu anlamasınlar. Fikirləşirdim ki, məni müsahibəyə belə aparmayacaqlar. Axmaqcasına dedim ki, bu işi görəndə nə qədər sümük sındıra biləcəyim məni maraqlandırmır. İndi kiçikliyimlə danışmaq şansım olsaydı, ona deyərdim ki, etdiyim hər şeyi yenidən etsin. Bir neçə sümüyümü qırsam da, gözəl həyatım var idi".

Chosen
10
manset.az

1Sources