EN

“Düşünmürəm ki, "qırmızı" bizi daha tez qurtardı” – Fərid Nəbiyev

Misli premyer-liqasının 9-cu turunda “Səbail” evdə “Şamaxı”nı məğlub etdi - 2:0.

Matçdan sonra “dənizçilər”in futbolçusu Fərid Nəbiyev “Football-plus.az”ın suallarını cavablayıb.

- 4 turdan sonra, nəhayət, qələbə qazana bildiz. Bu qələbəni necə şərh edərdin?
- Yaxşı rəqibə qarşı oynadıq. Qələbə üçün çalışdıq, özümüzü buna hazırlamışdıq. Bu, bizə çox lazım idi. Ümid edirəm ki, qələbə seriyasını davam etdirərik.

- Bir gün öncə "Kəpəz" ilk 3 xalını "Neftçi"dən aldı. Bəs, bu, sizə motivsiya baxımından nə qədər təsir etdi?
- Bizə heç bir rəqibin oyunu fərq etmir. Sadəcə, öz oyunumuza baxırıq. Çalışırıq ki, hər oyuna qələbə üçün çıxaq. Bu dəfə bacardıq. Növbəti matçlarda da əlimizdən gələni edəcəyik. Daha yuxarı pillədə olmağı hədəfləyirik.

- Rəqibin "Şamaxı" olması qələbədə rol oynadı?
- "Şamaxı" da zəif rəqib deyil. Çünki arxada qalan turlardan onların gücünü bilirik. Bizdən öndədilər, xeyli xal yığıblar. Amma çempionat uzundu. Bilmək olmaz axırda necə olacaq.

- Rəqibin futbolçusu Brahim Konate qırmızı vərəqə alandan sonra 2-ci qolu vurduz.
- Ondan əvvəl də qol imkanlarımız çox idi. Düzdü, onların da vardı. Amma düşünmürəm ki, "qırmızı" bizi daha tez qurtardı.

- Növbəti turda "Neftçi" ilə oyun var. İlk qələbəsini sizdən ala bilər?
- Düşünürəm ki, müəyyən qədər vaxtımız var. Yəni millimizin oyunları olacaq. Biz də ora elə-belə getmirik.

RÖYANƏ OĞUZ

1Sources