Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
"Report"a daxil olan məlumata görə, bu, Sunniya Durrani-Camalıdır.
O, bu gün ADB-nin Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.