EN

“ISR Holding”ə daxil olan şirkətə rəhbər təyin edilib

Azərbaycanda qızılgül istehsalçılarından biri və “LU-MUN Holding” və “ISR Holdings” tərəfindən təsis edilmiş “Azerbaijan Flowers Company”ə (AFC) yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Nicat Mirzəyev “Azerbaijan Flowers Company”nin yeni direktoru təyin edilib və oktyabrdan etibarən bu vəzifənin icrasına başlayıb. Nicat Mirzəyev “AzRose Qəbələ” layihəsinin rəhbəri olub.

AFC yarandığı gündən Emil Məmmədov ona rəhbərlik edirdi.

Xatırladaq ki, AFC 2018-ci ildə “LU-MUN Holding” və “ISR Holdings” tərəfindən təsis edilib. Şirkət Azərbaycanda 3 hektar ərazini əhatə edən istixana kompleksi ilə fəaliyyət göstərir və hər il 5 milyondan çox qızılgül istehsal etməkdədir.

Chosen
8
50
banker.az

10Sources