EN

Milli komandamızın heyətində dəyişiklik edildi

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Teleqraf.com xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.

Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com
Chosen
13
11
teleqraf.com

10Sources