EN

"Komanda mövsümə tam hazır deyil" - Abasov problemi hücumçularda gördü

"Sumqayıt" Misli premyer-liqasının 9-cu turunda evdə "Qarabağ" uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Təbii ki, meydandan bir xalla ayrılsaq, daha yaxşı olardı. "Qarabağ"a qarşı yaxşı çıxış etdik. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. Növbəti oyuna hazırlaşacağıq.

- Komanda qol vurmaqla bağlı problem yaşayır. Bu, nə ilə bağlıdı?
- Real danışsaq, problem hücumçulardadı, onlardan istədiyimizi ala bilmirik. Təbii ki, məşqçilər korpusunun işi futbolçuları lazımi səviyyəyə gətirməkdi. Çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Epizodlar yaratsaq da, dəyərləndirə bilmirik. Daha çox çalışacağıq. Hücum cəhdlərinin sonluğunu daha keyfiyyətli gətirməliyik. Lazım olsa, heyətlə bağlı ciddi dəyişikliklər edəcəyik.

- Yeni transferlərin komandaya tam uyğunlaşdığını düşünürsüzmü?
- Yox, komanda mövsümə tam hazır deyil. Futbolçulara vaxt lazımdı. Yüksək əhval-ruhiyyəni bərpa etməliyik. Yenə də yaxşı oynamağa başlamışıq. Təəssüf ki, bəzi oyunçularla bağlı problemlər qalıb.

- Rəhim Sadıxovun oynamamasının səbəbi nədi?
- Hansısa cəzadan söhbət getmir. Sadəcə, meydana bizə xeyir verəcək futbolçuları buraxmaq istəyirik.

- "Neftçi" baş məşqçisi Roman Qriqorçuku yola sala bilər. Bu klubdan təklif gəlsə, qəbul edərsiz?
- Yox. Bu barədə danışmaq istəmirəm.

KƏNAN BAHADIR

Chosen
32
football-plus.az

1Sources