EN

Özbəkistan Prezidenti bu məqsədlə Moskvaya gedir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın əvvəlində Rusiyaya səfər edəcək.

OXU24.COM xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, siyasətçinin Moskvaya işgüzar səfəri oktyabrın 7-8-də baş tutacaq. Bu zaman Mirziyoyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Mirziyoyev sonuncu dəfə mayın 8-də Rusiya paytaxtına uçub. Sonra Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında müşahidəçi dövlətin başçısı kimi və Qələbənin 79-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib.

Qeyd edək ki, oktyabrda Moskvaya Özbəkistan prezidenti ilə yanaşı Qırğızıstan Prezidenti də gedəcək.

Chosen
2
1
oxu24.com

2Sources