EN

İsrail Hizbullahın 150-yə yaxın obyektini vurdu

İsrail Hərbi Hava Qüvvələri gün ərzində Hizbullahın Livandakı 150-yə yaxın hərbi obyektinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, İsrail aviasiyası Livanda tank əleyhinə raketlər, komanda məntəqələri, yeraltı infrastruktur, silah anbarları və Hizbullah silahlı birləşmələrinin mövqelərini vurub.

Bildirlib ki, quruda İsrail ordusunun ölmələri Cənubi Livanda əməliyyat fəaliyyətini davam etdirir və Hizbullahın silahlı birləşmələri ilə döyüşür.

Chosen
25
3
axar.az

4Sources