EN

Kurban Berdiyev indi “Turan”a nə vəd edir?

Mövsümə fırtına kimi başlayan "Turan Tovuz"da durğunluq dövrü 1 aydan artıqdı davam edir.

Masazırda başlayan xal itkisinin davamı Tovuz və Şamaxı da gəldi.

İlk 5 qarşılamada 13 xala sevinən bölgə klubunun son 3 görüşdəki qazancı cəmi 2 xal olub.

Kurban Berdiyevin növbəti sınağı Rəşad Sadıqovun "Zirə"sinə qarşı olacaq.

Deməli, "qara zolaq"dan çıxış yenə qaranlıq görünür.

Çünki "Turan"dan fərqli olaraq bakılılar hazırda əla formadadır.

"Zirə" barədə proqnozlar özünü artıqlaması ilə doğruldur.

Avrokuboklarda çıxışını uğurla başa vuran Rəşad Sadıqovun komandası Premyer Liqada qarşısıalınmazdır.

"Qartallar" meydana çıxdığı 3 matçda 3 qələbəyə sevinib.

Həm də qol buraxmadan. Əvəzində "Zirə"li futbolçular rəqib qapısından 7 qol keçirib.

Və onu da xüsusi qeyd etmək lazımdır ki, zirəlilər hələ formasının pikində deyil. Avrokuboklardakı yorğunluq indi-indi canlarından çıxır. Daxili yarışlara adaptasiya dövrü tədricən arxada qoyulur. Limitə görə heyətdə edilən rotasiyalar da oyun keyfiyyətinə təsirsiz ötüşmür. Xırda-para problemlər Sadıqovu məşğul edir.

Lakin o da bugünkü "Zirə" üçün daxili yarışlarda mane törətmir.

Aktivində 15 xalı olan paytaxt təmsilçisi eyni xala sahib "Turan"la 2 və 3-cü pillələri bölüşür.

Növbəti qələbə "Zirə"ni çempionluq mübarizəsində hiss etdirəcək.

Yəqin ki, "Zirə"ni durudmaq üçün Berdiyev bütün resurslarını işə salacaq. Məğlubiyyət yerli publikanın qəzəbi ilə qarşılana bilər. Axı bizim tanıdığımız tovuzlu azarkeşlər hələm-hələm uğursuz seriyaya səssiz qalmır.

Nə türkmənistanlı mütəxəssis, nə də klub rəhbərliyi həmin səs-küyə belə erkən düşmək istəməz.

XANOĞLAN İMANOV

Chosen
19
sportinfo.az

1Sources