EN

Zaqatalada mağaza yandı - Fotolar

Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.

APA-nın məlumatına görə, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kvadratmetr olan iki anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində hər iki anbarın yanar konstruksiyaları, içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza və anbarın arasında qoyulan bankomat və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. vakansiyalar

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
7
7
yenisabah.az

10Sources