EN

Faiq Hacıyev: "Hər kəsin bizdən gözləntiləri böyükdür"

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz" hazırda 4-cü pillədə qərarlaşıb. Komandanın hazırkı mövqeyi sizi nə dərəcədə razı salır?

- Əlbəttə ki, daha da üst pillələrdə olmaq üçün çalşırıq. Çempionat yeni başlayıb. Turnir cədvəlinə baxanda da görmək olar ki, komandaların xalları bir-birinə çox yaxındır. Bu motivasiya ilə davam edib, daha yaxşı yerlərdə olmağa çalışırıq. İnanıram ki, bunu edəcəyik.

- Komanda ilk 5 tura qədər qol da buraxmadan lider idi. Səncə, birdən-birə nə baş verdi ki, məğlubiyyət də oldu və hazırda da 4-cü pillədəsiz?

- Futbolda enişli-çıxışlı period olur. Biz də belə hal yaşayırıq. Bundan ən yaxşı şəkildə dərs çıxarıb, gələcəkdə nələri necə etməli olacağımızı daha yaxşı biləcəyik. Biz yolumuza davam edirik. Ən yaxşı şəkildə də mübarizə aparmağa çalışırıq.

- "Turan Tovuz" son matçda "Şamaxı"ya az qala məğlub olurdu. Son saniyə qolu ilə xal qazandığınıza görə, demək olar ki, sizin üçün qələbəyə bərabər heç-heçə idi?

- Bu oyunda hər iki komanda üçün ədalətli nəticə elə heç-heçə idi. Məncə, hər iki komanda bir xal qazandı. İtirən olmadı. Çox mübariz oyun alındı.

- Ümumiyyətlə, Kurban Berdıyevin gəlişindən sonra komandada hansısa dəyişiklik olub? Sizdən əsas tələbi nədir?

- Bizdən tələbi konsentrasiyalı olmaqdır. Özümüzə inanmağı və rahat olmağı da bizdən tələb edir. Biz də komanda şəklində bunu yerinə yetirməyə çalışırıq.

- Növbəti turda rəqibiniz "Zirə"dir. Bu komanda 2024/2025 mövsümünə avrokuboklar da daxil olmaqla, uğurlu başlayıb. Bu rəqiblə görüşdə qələbə qazanacağınıza əminsən? Bu görüşdəki qələbə sizi yenidən özünüzə gətirə bilər?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibdən asılı olmayaraq bu belədir. "Zirə" ilə matça da üç xal qazanmaq üçün çıxacağıq. Rəqibimiz nə qədər güclü olsa, motivasiya da bir o qədər yüksək olur. "Zirə" ilə görüşdə də qələbəyə çıxacağıq. 

- "Turan Tovuz" bu mövsüm iddialı görünür. Demək olar ki, bu mövsüm komandanın avrokuboklara yollanmaması uğursuzluq sayılacaq?

- Hər kəsin bizdən gözləntiləri böyükdür. Biz də əlimizdən gələni edib, bu ili yaxşı notlarla başa vurmağa çalışacağıq. Biz də öz gücümüzə inanırıq. Ona görə də oyunlara qələbə ab-havasında, motivasiyada çıxırıq. Allah qoysa, sona qədər mübarizə aparacağıq. Necə olacağını mövsümün sonu göstərəcək.

Dadaşovun komandasından xal itkisi

Krunoslav Renduliç: "Belə uşaq səhvləri etməməlisiz"

Elmar Baxşıyev: "Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək"

Millimizin heyəti bəlli oldu

Masazırda qollu bərabərlik - YENİLƏNİB

Chosen
24
1
apasport.az

2Sources