EN

Sabirabadda tövlə yanıb

Sabirabad rayonunun Yolçubəyli kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və içərisində yığılan 0,5 ton ot bağlaması yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
29
ikisahil.az

1Sources