EN

Trampın mitinqində səhnəyə tullandı - VİDEO

Amerikalı milyarder və "X"in sahibi İlon Mask Butlerdə (Pensilvaniya) keçirilən mitinqə ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampı dəstəkləməyə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mask səhnəyə atılaraq Trampı dəstəkləyib.

O, səhnədə demokratların əleyhinə danışıb və amerikalıların elementar hüquqlarını əlindən almaq istəyənlərin məhz onlar olduğunu bildirib:

"Xarakterin əsl sınağı insanın atəş altında necə davranmasıdır. Pilləkənləri çıxa bilməyən bir prezidentimiz var idi, vurulandan sonra yumruğunu sıxıb qaldıran başqa bir prezidentimiz var idi".

Maskın sözlərinə görə, onlar söz azadlığını, silah hüququnu əlindən almaq və əslində insanları səsvermə hüququndan məhrum etmək istəyirlər.

Qeyd edək ki, milyarderin başında "Amerikanı yenidən möhtəşəm et" şüarı yazılmış qara papaq olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
11
3
milli.az

4Sources