EN

Zaqatalada mağazada yanğın baş verdi

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
10
14
e-huquq.az

10Sources