EN

Dünyanı dəyişən “Sıfır Dünya müharibəsi”: Sirr açıldı

Almaniyada arxeoloqlar üç min il əvvəl Avropada planeti dəyişdirən “Sıfır Dünya müharibəsi”ni kimin təşkil etdiyini aşkarlayıblar. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət təxminən 3200-3300 il əvvəl Tollense çayı vadisində baş vermiş ilk döyüşlərdən birindən gedir. Bəzi tapıntılar bunun “Tunc dövrü fəlakəti” adlanan genişmiqyaslı hadisələrin bir hissəsi olduğunu göstərir. Bu, qitənin ən qədim döyüşüdür. 

İştirakçıların kim olduğu barədə məlumat yoxdur. Alimlər qeyd edirlər ki, bu, dünyanı dəyişdirən mühüm zəncirvari reaksiyaya səbəb ola bilərdi.

Arxeoloqlar 2008-ci ildən çay vadisində qazıntı işləri aparırlar. Bu müddət ərzində 150 nəfərə məxsus 12500 sümük parçası tapılıb. 

Araşdırmaların nəticələrinə görə, bunlar ox və qılıncdan ölən kişilərdir. Bundan əlavə, silahlar - tunc uclar, çəkic və taxta dəyənək aşkar edilib. Alimlərin fikrincə, döyüşlərdə dörd minə yaxın əsgər iştirak edib.

Əvvəllər bildirilmişdi ki, bir neçə alman institutunun bir qrup arxeoloqu eramızdan əvvəl 1250-ci ildə baş verən, Avropada ən qədim irimiqyaslı regionlararası münaqişənin sirrini açıb.

Chosen
19
cebheinfo.az

1Sources