EN

Rahilin komandası yenə uduzdu

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, Məmmədovun komandası 11-ci turda "Rakuv"u qəbul edib və 0:2 uduzub. Millimizin üzvü bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Radomyak" turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
4
bizim.media

5Sources