İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn Ruşd məktəbinə və Şuhada al-Aksa məscidinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb...
Poliqon APA-ya istinadən bildirir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Hava hücumu zamanı 93 nəfər yaralanıb.
Məktəb və məsciddə yüzlərlə məcburi fələstinli köçkün olub.
Qeyd edək ki, İsrail Ordusu Deyr əl-Bələh şəhərində HAMAS-ın komanda mərkəzinə zərbə endirdiyi barədə məlumat yayıb.
Poliqon.info