EN

Təmsilçilərimiz Nitsa turnirində

Azərbaycan fiqurlu konkisürmə yığması Fransanın Nitsa şəhərində keçiriləcək beynəlxalq turnirdə təmsil olunacaq.

Fanat.Az xəbər verir ki, yığmamız “Çelencer” seriyalı “Metropol Trofi” yarışında iki duet sifariş edib.

Buz üzərində rəqslərdə çıxış üçün Samanta Ritter və Daniel Brikalov, həmçinin Maksin Uiterbi və Aleksandr Kolosovski qeydiyyatdan keçiblər. Ümumilikdə 21 duet yarışa qatılmaq istəyindədir.

Qeyd edək ki, Nitsadakı turnir oktyabrın 16-20-də keçiriləcək.

Chosen
12
fanat.az

1Sources