EN

Trampın mitinqində səhnəyə tullandı - VİDEO

"Tesla və SpaceX"in qurucusu İlon Mask iyul ayında siyasətçiyə qarşı sui-qəsdin həyata keçirildiyi Butlerdə (Pensilvaniya) keçirilən mitinqdə ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampı dəstəkləməyə gəlib.

Xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Trampın iyun ayında güllələndiyi binanın damında Respublikaçının mühafizəçisinin snayperləri olub.

Trapmın çıxışı zamanı Mask yumruqlarını havaya qaldıraraq səhnəyə tullanıb və sahibkarın başında MAGA (Trampın şüarı - Amerikanı yenidən möhtəşəm et - Make Amerika Great Again) yazısı olan qara papaq olub. Mask "Mən sadəcə MAGA deyiləm, mən qaranlıq MAGAyam" deyə zarafat edib.

O əlavə edib ki, bu seçki "amerikalıların həyatında ən vacib seçki" olacaq. “Mübarizə aparın! Mübarizə aparın! Mübarizə aparın! Səs verin, səs verin, səs verin!” - deyə iş adamı kütləyə müraciət etdi.

Mənbə: unikal.az

Chosen
25
1
unikal.az

10Sources