EN

Afrika ölkəsi xarici qızılaxtaranları qovur

Burkina Faso xarici şirkətlərin qızıl hasilatı icazələrini ləğv etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Belə ki, Burkina Fasonun müvəqqəti lideri İbrahim Traore səylərini bu qiymətli metalı təkbaşına hasil etməyə cəmləmək qərarını açıqlayıb.

"Biz özümüz qızılımızı necə çıxaracağımızı bilirik və mən niyə transmilli korporasiyalara bunu etməyə icazə verdiyimizi anlamıram", - o bildirib.

Eyni zamanda, Traore hansı icazələrin ləğv ediləcəyini dəqiqləşdirməyib və elan edilən planın təfərrüatlarını açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
4
2
milli.az

10Sources