EN

Millimizdən DÇ-da ardıcıl ikinci qələbə - Qonşular üzərində

Çimərlik futbolu üzrə Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində Gürcüstan ilə qarşılaşıb.

Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Elşad Manafov (2), Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.

Chosen
27
sportinfo.az

1Sources