EN

Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov 7-8 oktyabr tarixlərində Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiev bildirib.

Səfərin əsas məqsədi Japarovun Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının Şurasının növbəti iclasında iştirakıdır. İclas zamanı təşkilata üzv dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair mühüm qərarların qəbul olunacağı gözlənilir.

MDB dövlət başçılarının Şurası, üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən və təşkilatın Nizamnaməsinə və strukturlarına dair əsas məsələləri həll edən ən ali orqandır.

Chosen
20
iqtisadiyyat.az

1Sources