Moskva Dairəvi yolunda Rostov futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.
“Həqiqətən də, avtobuslardan biri Rostov-na-Dona gedən yolda Moskva Dairəvi yolunda kiçik qəzaya düşüb. Heç kim xəsarət almayıb, hər şey qaydasındadır. Biz artıq səyahətimizə davam etmişik”, – deyə klubun mətbuat xidmətindən Match TV-yə bildiriblər.
İdmançıların olduğu avtobusun digər avtomobilə çırpıldığı dəqiqləşir.
Daha əvvəl bildirilmişdi ki, Stavropolun “Viktor” həndbol klubunun iki azarkeşi avtobusla yük maşını arasında baş verən qəzadan sonra xəstəxanada qalıb.
Mənbə RİA Novosti