EN

BALABABA RZAYEV NİYƏ “VURULDU”? – “Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki...”

Məlum olduğu kimi Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsi ilə bağlı sərəncam imzalayıb. Amma onun təqsirinin detalları ictimaiyyət üçün aydın deyil. Sərəncamda qeyd olunur ki, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə B.Rzayevə şiddətli töhmət elan edilib.

“AzPolitika” Sərəncamda qeyd olunan xətanın izah edilməsi xahişi ilə energetika sahəsi üzrə ekspert İlham Şabana müracit edib.

Ekspert bildirib ki, hər bir ölkə dekabr ayında növbəti il üçün enerji balansı hökumət tərəfindən təsdiqlənir: “Bu, heç bir kommersiya sirri hesab olunan sənəd deyil. Hava şəraitindən asılı olaraq hər rüb ona korrektələr edilir. Gürcüstan, Ukrayna, Rusiya, Avropa ölkələri bu sənədi ictimaiyyət üçün dərc edirlər. Azərbaycanda isə bu sənəd şirkətlər üçün olmasa da, ictimaiyyət üçün gizlidir. Baş nazir Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki, “Azərenerji” bu qədər qaz alıb, bu qədər də enerji istehsal etməlidir. Azərbaycan hökuməti bunu açıq şəraitdə niyə etmir ki? Hamı bilməli idi ki, “Azərenerji” bu qədər qaz almaqla normativləri keçib, ya yox? Birdən - birə töhmət məsələsi ortaya çıxır”.

Chosen
27
1
azpolitika.info

2Sources