EN

Ronaldu 905-ci qolunu vurdu, "Əl-Nəsr"...

Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı turu çərçivəsində “Əl-Nəsr” – “Əl-Oruba” matçı baş tutub.

Fanat.Az xəbər verir ki, meydan sahibləri matçdan 3:0 hesabı ilə qalib ayrılıblar. 

Portuqaliyalı ulduz Kriştianu Ronaldu penaltidən fərqlənib ki, bu, onun üçün karyerasında vurduğu 905-ci qol olub. Bir epizodda Ronaldunun assistentlik etdiyi Sadio Mane matçda dubla da imza atıb.

Səudiyyə Ərəbistanı 
Pro Liqası, 6-cı tur

“Əl-Nəsr” – “Əl-Oruba” 3:0
Qollar:
Ronaldu, 17-pen., Mane 29, 71.

Bu görüşdən sonra “Əl-Nəsr” 14 xalla Səudiyyə Ərəbistanı çempionatında üçüncü pillədə qərarlaşıb. Ronaldunun komandası növbəti oyununu oktyabrın 18-də “Əş-Şabab”a qarşı keçirəcək.

Chosen
8
fanat.az

1Sources