EN

İki futbolçu "Kəpəz"ə ciddi problem yaratdı - Azər Bağırov onlardan qurtula biləcəkmi?

"Kəpəz" mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi iki futbolçuyla yolları ayırmaq niyyətindədi.

Klubdaxili mənbələrdən "Football-plus.az"a verilən məlumata görə, söhbət Lassana Ndiaye ilə Redon Mihanadan gedir.

Belə ki, bu iki oyunçunun performansı baş məşqçi Azər Bağırovu qane etmir. Mütəxəssis narazılığını rəhbərliyə çatdırıb. İş orasındadı ki, həm Ndiaye, həm də Mihana bunun qarşılığında təzminat tələb edir. Lakin "Kəpəz" həmin məbləği ödəyə biləcək durumda deyil. Bu üzdən klub futbolçularla danışıq apararaq məsələni daha uyğun şərtlərlə yoluna qoymaq niyyətindədi.

Hər halda, futbolçuların menecerleri də "sarı-göylər"ə güzəşt etmir. Əldə etdiyimiz bilgiyə görə, Lassananın meneceri azərbaycanlıdı. Redonun isə gəncəlilərin sabiq futbolçusu Olavale Onanqunanın meneceriylə işbirliyi var.

Xatırladaq ki, "Kəpəz" bu oyunçularla birillik müqavilə bağlayıb.

KƏNAN BAHADIR

Chosen
27
football-plus.az

1Sources