EN

İsrail ordusu İrana cavab verəcəklərini vəd edib

İsrail oktyabrın 1-də İranın ona qarşı həyata keçirdiyi iri raket hücumuna cavab verəcək.

Demokrat.az 
xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib.

“İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz bəlli olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. Belə ki, İrandan İsrailə 500-ə yaxın raket atılıb.
Chosen
0
11
demokrat.az

10Sources