EN

“Dünənki qarşılaşmanı Azərbaycan futbolunun imtahanı adlandırardım” – niyə?

Misli premyer-liqasının 9-cu turunun açılış matçında Tovuz şəhər stadionunda "Neftçi”ni qəbul edən “Kəpəz” cari mövsümdə ilk qələbəsini qazanıb.

“Xəmsə” azarkeş qrupunun rəhbəri Aqşin Əsgərov oyunla bağlı “Football-plus.az”a bunları dedi:

“Əvvəla onu deyim ki, “Kəpəz” - “Neftçi” qarşılaşması sıradan bir oyun deyil. Ölkə derbiləri sıralamasında yerini almış bir qarşılaşmadı. Son dövrlərdə “Kəpəz”lə “Neftçi”nin vəziyyəti ürəkaçan deyil. “Kəpəz”in,ümumiyyətlə, bu mövsüm xal qazanmamasını da əlavə etdikdə dünənki oyunun əhəmiyyəti ikiqat artırdı. Mən məhz dünənki qarşılaşmanı Azərbaycan futbolunun imtahanı adlandırardım. Şükürlər olsun ki, bu imtahandan kəsilmədik. Komandanın oyununda irəliləyiş açıq-aşkar hiss olunurdu”.

ƏSƏD SEYİDOV
Chosen
16
football-plus.az

1Sources