EN

Netanyahudan Makrona: Ayıb olsun, rüsvay olacaqsınız...

İsrail sizinlə və ya sizsiz qalib gələcək.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun İsrailə qarşı sözlərinə cavab olaraq bildirib.

"İsrailin qələbəsindən sonra rüsvayçılığınız hiss olunacaq”, - nazir bildirib.

Netanyahu qeyd edib ki, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır:

"Prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”

Qeyd edək ki, Makron İsrailə silah tədarükünün dayandırılması ilə bağlı çağırış etmişdi.

Chosen
24
2
axar.az

3Sources