EN

Hacıqabulda yol qəzası olub: Xəsarət alanlar var

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində iki nəfərin ağır xəsarət aldığı bildirilir. Onlardan biri Şirvan, digəri isə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
2
8
cebheinfo.az

9Sources