EN

"Yaxşı səviyyədə oynamaq istəyirsənsə, uşaq səhvləri buraxmamalısan" - Krunoslav Renduliç

Misli Premyer Liqasının 9-cu turunda Masazırda "Araz-Naxçıvan"la heç-heçə edən (1:1) “Sabah"ın baş məşqçisi Krunoslav Renduliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, xorvat çalışdırıcı belə danışıb:

“Demək olar ki, oyuna yaxşı başladıq. 5 dəqiqə sonra fərqləndik. Təəssüf ki, 3 dəqiqə sonra səhv etdik və qol buraxdıq. Yaxşı oynamaq istəyirsənsə, belə uşaq səhləri buraxmamalısan. 35 metrdən ötürülən ötürmədən sonra buraxılan qolu şərh etmək istəmirəm.

İkinci hissədə daha yaxşı çıxış etdik, daha enerjili idik. Düzdür, səhvələr buraxmadıq və sonda heçə-heçəyə razılaşdıq. Nəticə nəticədir. Etdiyimiz səhvlərə baxanda bir xal qazanmağımızı yaxşı nəticə hesab edirəm.

Həmişə demişəm ki, qol vurduqdan sonrakı 5-6 dəqiqə daha diqqətli olmalısan. Müdafiədə möhkəm olmaq lazımdır. Amma görürəm ki, yenə eyni səhvlər olur. Futbolda nəinki 2-3 metr, 20 santmetr belə çox önəmlidir.

Səmimi şəkildə desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Əlbəttə ki, biz ilk dövrədə heç nədən xallar itirdik, amma elə oyunlar da var ki, “Qarabağ”la matçda biz xala layiq idik. Keçən ilin ilk dövrəsi ilə müqayisədə bu il daha yaxşıyıq. Düşünürəm ki, ikinci dövrdə daha çox xallar götürəcəyik”.

Chosen
2
fanat.az

1Sources