EN

Millimizdən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız İspaniyanın Kadiz şəhərində Gürcüstan yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elşad Manafov (2), Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.

İdman.biz

Chosen
1
5
idman.biz

7Sources