ABŞ Livana 157 milyon dollarlıq humanitar yardım edəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken açıqlama verib.
O bildirib ki, Livan və bölgədəki qarşıdurmalardan zərər çəkmiş əhaliyə dəstək olmaq üçün yeni humanitar yardım göndəriləcək:
“Biz köçkün mülki şəxslərə, qaçqınlara və onları qəbul edən icmalara dəstək vermək və onlara əsaslı yardım göstərmək öhdəliyi götürürük”.